http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qurban Yetirmişli: Zəlzələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur

28 İyun 2024 , 08:59
Qurban Yetirmişli:  Zəlzələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur

"Azərbaycanın cənub bölgəsində qeydə alınan zəlzələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur".

"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. Allah uzaq eləsin, sel, dolu, ildırım və s. kimi bundan da dəhşətli təbiət hadisələri baş verir. Bəzən oxuyuruq ki, ildırım vurub evi dağıdıb, sel gəlib evin içinə dolub. Bu təbiət hadisələri daha dəhşətlidir. Ona görə də səhərki zəlzələ qorxulu və fəsadlar törədən bir hadisə deyil. Doğrudur, hiss olunan zəlzələdir. Başa düşürəm ki, əhali də istər-istəməz təlaşa düşür, amma əmin edirəm ki, narahat olmağa dəyməz. Çünki bu elə də güclü zəlzələ deyil", - baş direktor əlavə edib.

Q.Yetirmişli həmçinin bundan sonra afterşokların davam edəcəyini söyləyib: "Bu da enerji boşalmasıdır və olmalıdır. Ola bilsin ki, xırda hiss olunan yeraltı təkanlar təkrar baş versin. Amma ciddi və narahat olunası heç nə gözlənilmir".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:43-də Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

XƏBƏR LENTİ
  • 22:59

    FHN-in Mülki müdafiə qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub
  • 22:09

    Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər
  • 21:26

    “Boeing” şirkəti işçilərinin 10%-ni ixtisar edəcək
  • 20:58

    Şotlandiyanın keçmiş birinci naziri vəfat edib
  • 20:53

    Armen Qriqoryan: Türkiyə ilə sərhədi açmağa hazırıq
  • 20:26

    Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu
  • 19:35

    İsrailin hücumu nəticəsində Livanda 26 nəfər həlak olub
  • 19:33

    Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub
Menyu