Yanvar-may aylarının yekunlarına görə, Gürcüstan benzin və dizel alışını 14,4% artırıb. Dövr ərzində idxalın həcmi artaraq 502,1 min tona çatıb.
Bu barədə "Operativ Media" ölkənin Neft Məhsulları İdxalçıları Assosiasiyasına istinadən xəbər verir.
Dövrdə benzin tədarükü 251,6 min ton, dizel yanacağı isə 250,4 min ton təşkil edib.
Gürcüstan bazarına benzin və dizelin digər tədarükçüləri arasında Bolqarıstan, Rumıniya, Azərbaycan, Belarusiya, Türkmənistan və bəzi digər ölkələr var.