http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Bolqarıstan enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB

01 İyul 2024 , 20:58
Azərbaycan və Bolqarıstan enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb.

Qeyd edilib ki, Bolqarıstanla iqtisadi-ticarət əlaqələri güclənir. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78%-dən çox artaraq 240 mln. dollardan çox olub. Sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Azərbaycanda sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji, ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər.

***

17:37

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də bildirib.

"Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə iiqtisadi əlaqələrinin inkişaf istiqamətlərini nəzərdən keçirdik. Energetika, ticarət və sənaye sahələrində sıx əməkdaşlıq potensialının reallaşdırılması məsələlərini müzakirə etdik", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Putin: İlin birinci yarısında Azərbaycanla ticarət dövriyyəsinin artımı 13% təşkil edib

Putin: İlin birinci yarısında Azərbaycanla ticarət dövriyyəsinin artımı 13% təşkil edib

İB sədri: "Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq"

İB sədri: "Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq"

Rusiyanın Hindistana neft tədarükü artıb

Rusiyanın Hindistana neft tədarükü artıb

XƏBƏR LENTİ
  • 17:56

    Ərdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəsin təməlini qoya bilər
  • 17:51

    Putin və Ərdoğanın müzakirə etdiyi mövzular açıqlanıb - YENİLƏNİB
    Putin və Ərdoğanın müzakirə etdiyi mövzular açıqlanıb - YENİLƏNİB
  • 17:50

    NATO-nun Latviyadakı hərbi personalının sayı 5 min nəfər olacaq
  • 17:46

    Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb
  • 17:37

    İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib
    İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib
  • 17:24

    Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq
  • 17:23

    Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT
  • 17:22

    Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb
Menyu