Azərbaycan "Baker Hughes" şirkəti ilə COP29 çərçivəsində birgə fəaliyyəti müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan "Baker Hughes" şirkəti ilə COP29 çərçivəsində birgə fəaliyyəti müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Milanda "Baker Hughes" şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri "X"də paylaşım edib.

Görüşdə Azərbaycanla şirkət arasında ənənəvi enerji tərəfdaşlığının enerji keçidi üzrə əməkdaşlıqla möhkəmləndirilməsi və COP29 çərçivəsində birgə fəaliyyət müzakirə olunub.

Digər xəbərlər