Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
***
(09:23)
Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.
"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.
Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.
"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.