Rusiyanın Hindistana neft tədarükü sutkada 2,13 milyon barrelə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Kpler" məlumat yayıb.
Bildirilib ki, iyun ayında Asiya ölkələrinə Ural markalı xammalın tədarükü illik bazda 13% artıb. May ayı ilə müqayisədə əsas ixrac sortlarının daşınması 2,2 faiz artıb. Cari həcm tarixi rekord qırıb. Rusiya neftinin ümumi idxalı bütün müşahidə tarixində ikinci ən yüksək nəticə göstərib və 2023-cü ilin mayında maksimum 2,15 milyon barrelə çatıb.