http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İB sədri: "Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq"

03 İyul 2024 , 12:33
İB sədri: "Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq"

Azərbaycan "Yaşıl enerji"nin inkişafı istiqamətində çoxsaylı perspektivli addımlar atılmaqdadır. Hazırda ölkədə həyata keçirilən bir sıra tədbirlər bərpa olunan enerjiyə xeyli töhfə verib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Operativ Media"ya açıqlamasında bildirib ki, qlobal iqlim dəyişikliyi dünyanın düşündürən əsas problemdir:

"Ötən əsrin 90-cı illərindən qlobal güclər problemdən çıxış yolları arayışına başlayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 

1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən "Kioto Protokolu" müzakirə edilmişdi. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan "Paris Sazişi" müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə dəstək verir".

Ekspertin sözlərinə görə, Azərbaycan baza ili 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi müəyyən edib:

"“Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%, 2030-cu ilədək isə 30%-ə çatdırılması planlaşdırılıb. 

Azərbaycan ənənəvi enerji ixracatçısı olan ölkədir. Buna baxmayaraq, ölkəmiz son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin, Naxçıvanın “yaşıl enerji zonası” elan edilib. Bu il ökəmizdə COP-29 keçiriləcək. Toplantıya gələcək nüfuzlu şirkətlərlə sözügedən bölgələri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək perspektivlərini müzakirə etmək imkanı yaranacaq. 

Ölkəmiz neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə ”Qaradağ Günəş Elektrik Stansiyası” Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

E.Cəfərli qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir:

"Ölkəmiz ABŞ, Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iri şirkətləri ilə bərpa olunan enerji sektorunun formalaşdırılması yönündə işləri davam etdirir. Paytaxt Bakının nəqliyyat infrasturukru yenidən qurulur və yaşıl texnologiyalara əsaslanır. Ölkəyə elektrik mühərrikli avtomobillərin gətirilməsinə stimul verən qərarlar qəbul olunub, rüsumlar tətbiq edilib. Bakıda velosiped yolları salınır, skuterlərin hərəkətinə şərait yaradılır. Son illər Bakı və Abşeronda yaşıllaşdırma tədbirləri gücləndirilib. Hesab edirəm ki, Azərbaycan dekarbonizasiya ilə bağlı götürdüyü öhdəliklərə əməl edə biləcək”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda dövlət satınalmalarında qənaət edilən büdcə vəsaitlərinin həcmi artıb

Azərbaycanda dövlət satınalmalarında qənaət edilən büdcə vəsaitlərinin həcmi artıb

Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub

Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub

Yaponiyada iflas edən şirkətlərin sayı 22 faiz artıb

Yaponiyada iflas edən şirkətlərin sayı 22 faiz artıb

XƏBƏR LENTİ
  • 01:46

    AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi
  • Dünən
    23:31

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
  • Dünən
    23:27

    Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq
  • Dünən
    23:03

    İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB
  • Dünən
    22:50

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
  • Dünən
    22:45

    Bayden və Netanyahu arasında görüş ola bilər
  • Dünən
    22:39

    AÇ-2024: İspaniya millisi yarımfinala yüksəldi
  • Dünən
    22:30

    Viktor Orban Azərbaycana səfərə gəlib
    Viktor Orban Azərbaycana səfərə gəlib
Menyu