İran Qazaxıstanda iri hidrotexniki qurğular tikmək istəyir

Nərmin Qocamanlı
İran Qazaxıstanda iri hidrotexniki qurğular tikmək istəyir

İran şirkətləri Mərkəzi Asiyada, o cümlədən Qazaxıstanda iri hidrotexniki qurğular tikmək niyyətindədirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin mətbuat xidməti idarənin rəhbəri Nurjan Nurjigitov və İranın energetika naziri Əli Əkbər Mehrabiyan arasında görüşdən sonra məlumat yayıb.

“Əli Əkbər Mehrabiyan bildirib ki, İran şirkətləri Mərkəzi Asiyada və xüsusən də Qazaxıstanda dünyanın ən böyük bəndlərindən biri olan Bəxtiyari su elektrik stansiyasına bənzər hidrotexniki qurğuların tikintisi üçün irimiqyaslı layihələr həyata keçirmək niyyətindədirlər”, - deyə məlumatda bildirilir. 

Həmçinin, Qazaxıstan mətbuat xidmətinin məlumatına görə, Mehrabiyan İranın Qazaxıstanı suvarma suyunun nəqli üçün müasir texnologiyalarla təmin etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər