Aİ Çindən gələn elektrik avtomobillərə rüsum tətbiq edib
Nərmin Qocamanlı
Avropa İttifaqı Çindən gələn elektrik avtomobillərinə 37,6%-ə qədər rüsum tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Avropa Komissiyası iri elektrik avtomobil istehsalçıları üçün vergilərin 17,4% ilə 37,6% arasında olacağını açıqlayıb. AK həmçinin qeyd edib ki, son aylarda Çinlə danışıqlar intensivləşib və Avropa İttifaqı Çindən Avropaya elektriklə işləyən avtomobillərin tədarükü ilə bağlı vəziyyəti Ümumdünya Ticarət Təşkilatının normaları əsasında danışıqlar əsasında həll etməyə ümid edir.
Teqlər:
"A\u0130 \u00c7ind\u0259n g\u0259l\u0259n elektrik avtomobill\u0259r\u0259 r\u00fcsum t\u0259tbiq edib"