05 İyul 2024, 09:18
Ukraynanın Beynəlxalq Valyuta Fonduna borcu 13,8 milyard dollar artıb
Ukraynanın yeni kredit tranşını aldıqdan sonra Beynəlxalq Valyuta Fonduna (BVF) borcu 13,8 milyard dollara qədər artıb. Beləliklə, Ukrayna Misiri ötərək fonddan ikinci ən böyük borc alan ölkə olub.
"Operativ Media" xəbər verir ki, bu barədə BVF məlumat yayıb.
Bildirilib ki, iyunun 28-də Ukraynanın BVF-yə borcu 11,6 milyard dollar təşkil edib və bu borc Kiyevə 2,2 milyard dollarlıq yeni yardım tranşının ayrılmasından sonra artıb.
Qeyd edək ki, 2018-ci ildə 57 milyard dollarla BVF tarixində ən böyük kredit xəttini alan Argentinadır. Ölkənin kredit öhdəlikləri hazırda 41,7 milyard dollar təşkil edir.