"Bitcoin" 10 faizdən çox ucuzlaşıb

Nərmin Qocamanlı
"Bitcoin" 10 faizdən çox ucuzlaşıb

İyulun 5-də "Bitcoin" məzənnəsinin azalması nəzərəçarpacaq dərəcədə sürətlənib. Ən populyar rəqəmsal valyuta bir gündə 7 faizdən çox, iki gündə isə 10 faizdən çox ucuzlaşıb. 

"Operativ Media" xəbər verir ki, bunu kriptovalyuta birjası "Coinbase"in məlumatları sübut edir.

May ayında ən yüksək həddə çatandan bəri "Bitcoin" dəyərinin 20 faizini itirib. Minimum 53,700 dollara çatıb.

Ekspertlər bazarda likvidliyin olmaması və müsbət hadisələrin baş verməməsi səbəbindən sikkənin 50 min dollar səviyyəsindən aşağı düşmə ehtimalını istisna etmirlər.

Digər xəbərlər