Yaponiyada iflas edən şirkətlərin sayı 22 faiz artıb

Nərmin Qocamanlı
Yaponiyada iflas edən şirkətlərin sayı 22 faiz artıb

Yaponiyada korporativ iflasların sayı 2024-cü ilin birinci yarısında kəskin artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Tokyo Shoko Research"in məlumatlarında qeyd olunub.

Belə ki, bu ilin ilk altı ayında Yaponiyada 4931 şirkət müflis olub. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz çoxdur. Eyni zamanda qeyd olunan rəqəm 2014-cü ildən, altı ayda 5073 hadisənin qeydə alındığı ən yüksək göstəricidir. Demək olar ki, Yaponiyada müflisləşmələr ardıcıl üçüncü il artıb.

Yerli şirkətlər üçün ilin birinci yarısında bu prosedurun həyata keçirilməsinin əsas səbəbləri materialların alış qiymətlərinin artması və digər maliyyə çətinlikləri olub. Bu səbəbdən 374 Yaponiya şirkəti fəaliyyətini dayandırıb. Daha 150 təşkilat işçi qüvvəsi çatışmazlığı səbəbindən müflis olub. İflas etmiş şirkətlərin ümumi borcu 721 milyard yen (təxminən 4,4 milyard dollar) təşkil edib.

Digər xəbərlər