05 İyul 2024, 17:27
Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub
Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub şəkil
Azərbaycanda beynəlxalq standartların tətbiq edilməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini Silvio Dulinski ilə görüş keçirilib.

"Operativ Media" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə qurumun rəis müavini İlqar Həsənov keyfiyyət infrastrukturu üzrə ölkədə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib, xüsusilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələrdə yeni standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

ISO-nun Baş katibinin müavini Silvio Dulinski keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi və tənzimlənməsində standartlaşdırma sahəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin ISO-nun keyfiyyət təminatı sahəsində siyasəti, qurum çərçivəsində qarşılıqlı əlaqələrin gələcək perspektivləri, beynəlxalq standartların təşviqi, eləcə də təşkilatın illik iclası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək
Ömər aşırımına qar yağıb
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub