Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb
İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən "Operativ Media" ya bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net