İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında görüş keçirib.
"Operativ Media" xəbər verir ki, Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, yaşıl enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyət nəzərdən keçirilib.






