Menyu

Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

Nərmin Qocamanlı
Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub

Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

“Sabah, iyulun 10-da Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək”, - məlumatda qeyd olunub.

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər