http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Elektron Rəqabət İnformasiya Sistemi yaradılıb - FƏRMAN

09 İyul 2024 , 13:31
Elektron Rəqabət İnformasiya Sistemi yaradılıb - FƏRMAN

Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.

ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi isə altı ay müddətində ERİS-in formalaşdırılmasını həyata keçirməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Bundan başqa, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.

 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - YENİLƏNİB

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Prezident: Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq

Prezident: Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq

XƏBƏR LENTİ
  • 23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
  • 21:58

    İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - YENİLƏNİB
Menyu