Menyu

Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub.

Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

***

14:07

Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında ikitərəfli strateji investisiyaların artımı, özəl sektorun və biznes fəaliyyətinin təşviqi imkanlarını nəzərdən keçirdik. İşbirliyimizin faydalı nəticələr verəcəyinə inanırıq", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər