http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

10 İyul 2024 , 14:16
Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən idxal 7,8 faiz, ixrac isə 7,6 faiz azalıb.

2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1260,9 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində ilk beşliyi İtaliya (23,9 faiz), Türkiyə (13,9 faiz), Rusiya (9,4 faiz), Çin (7,2 faiz) və İsrail (5,0 faiz) tamamlayır. İxracda isə 38,0 faizlə İtaliya, 14,8 faizlə Türkiyə, 8,2 faizlə İsrail, 5,1 faizlə Hindistan, 3,9 faizlə Rusiya yer alıb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi isə Almaniya ilə aparılmış idxal əməliyyatlarının payına düşüb və bu ölkələr ilk beşlikdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib

Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib

Bitkoinin qiyməti 65 min dollara yaxınlaşıb

Bitkoinin qiyməti 65 min dollara yaxınlaşıb

Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
  • 17:15

    Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
Menyu