http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb

10 İyul 2024 , 14:25
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan "Operativ Media"ya verilən məlumata görə, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd "Pacco onlayn ticarət" MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, "MRP" MMC-nin müştəri rəyləri platforması, "Renter" MMC-nin onlayn icarə platforması, "Kodlasan" MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, "AREA Engineering" MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, "Etik Teknoloji Baku" MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, "SOS Avto" MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiq, "BYQR" MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, "Tezfinance Tech" MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizəforması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

OXŞAR XƏBƏRLƏR
Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

Ukrayna ilin əvvəlindən Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Ukrayna ilin əvvəlindən Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib

Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib

XƏBƏR LENTİ
  • 20:34

    Pentaqon rəhbəri rusiyalı həmkarı ilə telefonla danışıb
  • 20:19

    Bild: Almaniya NATO qoşunlarını şərqə köçürmək üçün gizli plan hazırlayıb
  • 20:04

    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
  • 19:54

    Finlandiya hökuməti gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı qərar verəcək
  • 19:39

    Moskva Seuldan KXDR sərhədləri yaxınlığında hərbi təlimləri dayandırmağı tələb edib
  • 19:25

    DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir
  • 19:11

    COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
    COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
  • 18:58

    Naxçıvanda Türkiyə ilə birgə radiomonitorinqlər aparılıb
Menyu