Bu ilin yanvar-iyun ayları ərzində 126 min 909 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə "Operativ Media"ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 22 min 165-i pensiya, 104 min 744-ü müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.






