Azərbaycan ilə BMK arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Nərmin Qocamanlı
Azərbaycan ilə BMK arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Taleh Kazımov "X"də bildirib.

Görüşdə COP29 və yaşıl maliyyə üzrə hədəf və öhdəliklər, eləcə də dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması və taksonomiyanın hazırlanmasında BMK ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin dayanıqlı iqtisadiyyata keçid istiqamətində Mərkəzi Bank tərəfindən görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı qurumlar arasında ikitərəfli maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

Digər xəbərlər