http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb

11 İyul 2024 , 13:11
Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 003,3 manat təşkil edib.

"Operativ Media" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 749,4 min nəfər olub, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,9 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,5 %i- isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

OXŞAR XƏBƏRLƏR
Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

Ukrayna ilin əvvəlindən Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Ukrayna ilin əvvəlindən Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib

Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib

XƏBƏR LENTİ
  • 22:22

    Azərbaycan millisi Macarıstana məğlub oldu
  • 22:15

    Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib
  • 22:01

    ABŞ Gürcüstana yardımı dondurur
    ABŞ Gürcüstana yardımı dondurur
  • 21:47

    Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib
  • 21:33

    Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər
  • 21:18

    AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
  • 21:04

    Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
  • 21:00

    AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
Menyu