2024-cü ilin əvvəlindən Ukrayna büdcə dəstəyi üçün 16 milyard dollar alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"Bu il dövlət büdcəsinə artıq 16 milyard dollar xarici maliyyə vəsaiti daxil olub və ilin sonuna qədər daha 22 milyard dollar gözlənilir", - deyə idarənin saytında bildirilir.