Qazaxıstan və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat zamanı Baykonur şəhərində mütəşəkkil cinayətkar qrupların fəaliyyətini dayandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan odlu silah-sursat götürülüb.
Qrup adam oğurluğu, qəsb, soyğunçuluqla məşğul olub.






