Fransanın dövlət borcu 2027-ci ildə 3,6 trilyon avroya çata bilər

Nərmin Qocamanlı
Fransanın dövlət borcu 2027-ci ildə 3,6 trilyon avroya çata bilər

Fransanın borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya yüksələ bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Hesablama Palatasının rəhbəri Pyer Moskoviçi France Inter radiostansiyasının efirində bildirib .

"Hazırda Fransanın dövlət borcu 3,1 trilyon avrodur (ÜDM-in təxminən 110%-i), 2027-ci ilə qədər bu, 3,6 trilyon avroya çata bilər", - Moscovici deyib.

Fransanın büdcə kəsiri 2023-cü ilin sonunda ÜDM-in gözlənilən 4,9%-i əvəzinə 5,5%-ə çatıb. İqtisadçıların fikrincə, bu il büdcə kəsiri proqnozlaşdırılandan (ÜDM-in təxminən 4,4%-i) kənara çıxa və ÜDM-in 5,1%-5,2%-nə çata bilər.

Aİ səviyyəsində nəzərdə tutulan maksimum büdcə kəsiri ÜDM-in 3%-ni təşkil edir.

Digər xəbərlər