İlin birinci yarısında Rusiya Federasiyasından Gürcüstana pul köçürmələrinin həcmi 321,8 milyon dollar təşkil edib.
"Operativ Media" Gürcüstan Milli Bankının məlumatlarına istinadən xəbər verir ki, bu da 2023-cü ilin analoji göstəricisindən 3,49 dəfə azdır.
Məlumata görə, iyunda Rusiyadan Gürcüstana 48,8 milyon dollar köçürülüb ki, bu da əvvəlki ayla müqayisədə 0,7 milyon dollar çoxdur. Bu ilin cəmi altı ayında Rusiya Federasiyasından 321,8 milyon dollar transfer edilib.
Gürcüstana köçürmələrin sayına görə Rusiya birinci yerdə qalır. İtaliya ikinci yerdədir. Bu ilin birinci yarısında İtaliyadan Gürcüstana 275,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin analoji göstəricisindən 9,6% çoxdur. ABŞ üçüncü yerdədir. Bu ilin yanvar-iyun aylarında ABŞ-dan Gürcüstana 266,5 milyon dollar köçürülüb ki, bu da ötən ilin göstəricisindən 32,7% çoxdur.
Ümumilikdə, ilk altı ayda Gürcüstana xarici ölkələrdən 1,6 milyard dollar köçürülüb ki, bu da 2023-cü ilin analoji göstəricisindən 30,2% azdır.






