Ana səhifə / İqtisadiyyat / Qazaxıstan qaz hasilatını 2,3% artırmaq niyyətindədir Qazaxıstan qaz hasilatını 2,3% artırmaq niyyətindədir 16.07.2024, 10:19 Nərmin Qocamanlı Qazaxıstanın Energetika Nazirliyi 2024-cü ildə respublikada qaz hasilatının 2,3% artaraq 60,5 milyard kubmetrə çatacağını planlaşdırır. "Operativ Media" xəbər verir ki, bu barədə respublikanın energetika naziri Əlmasadam Satqəliyev hökumətin iclasında bildirib. “Son illər ərzində ölkədə qaz hasilatı durmadan artır. Hasilat 2024-cü il üçün planın 50%-ni təşkil edir”, - Satqəliyev bildirib. Onun sözlərinə görə, qaz hasilatının əsas artımı iri yataqlar - Qaraçaqanak, Tengiz və Kaşaqan yataqları hesabına nəzərdə tutulub. Teqlər: "Qazax\u0131stan qaz hasilat\u0131n\u0131 2 3% art\u0131rmaq niyy\u0259tind\u0259dir"
09.02.2026, 14:27 Azərbaycan və Fələstin arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub
09.02.2026, 14:19 Azərbaycan və Özbəkistan Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb