Menyu

Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Operativ Media” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Mikayıl Cabbarov ilə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı baş tutub.

Görüşdə ölkələr arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sahələri əhatə etdiyi bildirilib.

Tərəflər ölkələrin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər