http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

18 İyul 2024 , 10:53
Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.

"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşüb.

Görüşdə ölkələrimiz arasında təbii qaz və bərpa olunan enerji mənbələri də daxil olmaqla ikitərəfli və çoxtərəfli enerji əməkdaşlığının gündəliyinə daxil olan məsələlər müzakirə edilib. “SOCAR” və “Geoplin” arasında qaz təchizatı sahəsində imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi və Sloveniyanın enerji təhlükəsizliyinə töhfə verilməsi çərçivəsində əhəmiyyəti vurğulanıb.

Sloveniyalı nazir ölkəsinin enerji sistemi və enerji keçidi planları haqqında ətraflı məlumat verib. Azərbaycanlı nazir isə beynəlxalq tərəfdaşlarla özəl investisiya hesabına həyata keçirilən sənaye miqyaslı yaşıl enerji layihələri, bərpa olunan enerjinin ixracı planları haqqında danışıb.

Görüş zamanı, həmçinin energetikanın müxtəlif istiqamətləri üzrə mövcud əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu