http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mustafa Qurbanlı: SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirmək üçün daxili imkanlarından istifadə edir

18 İyul 2024 , 14:08
Mustafa Qurbanlı: SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirmək üçün daxili imkanlarından istifadə edir

SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı hədəfləyir.

"Operativ Media" xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.

O bildirib ki, SOCAR-ın dekarbonizasiya proqramı emissiya göstəricilərinin tədqiqi, portfelin qiymətləndirilməsi və emissiyaların azaldılması ilə bağlı real hədəflərin araşdırılmasına əsaslanır.

“SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından - dekarbonizasiya, yeni bizneslərin fəaliyyətə başlaması və təşkilati transformasiya istifadə edir ”, - deyə o bildirib.

Onun sözlərinə görə, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb: “Aparıcı qlobal şirkətlərlə tərəfdaşlıq çərçivəsində yeni bizneslərin qurulması bərpaolunan enerji - günəş, külək, yaşıl hidrogen və Azərbaycanın spesifik ərazilərinin inkişafının dəstəklənməsi üçün yeni texnologiyalar tətbiq olunur”.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu