Zelenski: Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır

Nərmin Qocamanlı
Zelenski: Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır

“Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək müdafiə imkanlarının heç birini təxirə salmamaq vacibdir”.

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Rusiyanın Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşdığını iddia edən Zelenski məsələ ilə bağlı bəzi ölkələrin liderlərini məlumatlandırdığını bildirib.

Onların əsas məqsədinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğunu qeyd edən Zelenski ölkəsində tezliklə sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

 
Rusiyanın ötən ilin sonuna qədər Ukraynanın Donbas bölgəsini tamamilə ələ keçirməyi planlaşdırdığını müdafiə edən Zelenski, Ukrayna silahlı qüvvələrinin bu bölgədə düşmənin irəliləməsinə imkan vermədiyini bildirib.

 Zelenski bildirib ki, Rusiya ordusu Donetsk bölgəsində hərbi mövcudluğunu artırmaqda davam edir.

Digər xəbərlər