Menyu

"Fənərbağça" klubunun mümkün rəqibi bilindi

Əziz Əzizli
"Fənərbağça" klubunun mümkün rəqibi bilindi
1 dəq oxu

UEFA-nın İsveçrədəki mənzil-qərargahında Çempionlar Liqasının 2024/25 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, püşkatmadan sonra "Fənərbağça"nın bu turda mümkün rəqibi müəyyənləşib.

"Sarı-lacivertli" klub "Luqano"nu mübarizədən kənarlaşdırsa, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lill"lə qarşılaşacaq.

Nəhənglər Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları 6-7 avqust, cavab görüşləri isə avqustun 13-də oynanılacaq.

Əlaqəli Xəbərlər