Menyu

"Neftçi" növbəti transferini açıqladı

Əziz Əzizli
"Neftçi" növbəti transferini açıqladı

"Neftçi” yeni mövsümdə dördüncü transferini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, almaniyalı müdafiəçi Robert Bauer artıq bu komandanın üzvüdür.

23 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Dörd fərqli mövqedə – müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacaran Bauer yüksək sürətə və texnikaya malikdir. Almaniyada “İnqolştadt”, “Verder”, “Nürnberq” klublarında çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub. Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüyden” klublarının formasını geyinmiş Robert son mövsümü bir çox ulduz futbolçuların çıxış etdiyi Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib. O, 13 dəfə şərəfini qoruduğu Almaniya U-20 milli komandası ilə 2016-cı ildə dünya çempionatının 1/4 finalına yüksəlib və Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər