İngiltərə çempionu "Mançester Siti"nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola komandasının belçikalı yarımmüdafiəçisi Kevin De Brünün bu yay Səudiyyə Ərəbistanının "Əl İttihad"ına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Operativ Media" xəbər verir ki, o, belçikalı futbolçunun komandanı tərk etməyəcəyini deyib.
"Yaxşı, Brün getməyəcək. Əgər kimsə gedəcəksə, bu barədə danışacağıq. Əlbəttə, son günə qədər transfer imkanımız var və mən yeni futbolçuların gəlişini istisna etmirəm, amma düşünürəm ki, yeni mövsümdə komandamızın 85-90 faizi eyni olacaq”.
De Brün 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, 382 oyunda 102 qol vurub və 170 məhsuldar ötürmə edib.
Teqlər:
"Pep Qvardiola: De Br\u00fcn getm\u0259y\u0259c\u0259k"