http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Paris-2024: İspaniya Özbəkistanı məğlub etdi

24 İyul 2024 , 19:29
Paris-2024: İspaniya Özbəkistanı məğlub etdi

Paris Yay Olimpiya oyunlarında futbol yarışlarına start verilib.

"Operativ Media" xəbər verir ki, C qrupunda mübarizə aparan Özbəkistan və İspaniya komandaları “Park de Prens” stadionunda üz-üzə gəliblər.

Görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İspaniya millisinin heyətində “Almeriya”nın üzvü Mark Pubill və “Real Sosyedad”dan Serxio Qomes fərqlənib. Özbəklərin yeganə qolunu penalti ilə Eldor Şomurodov vurub.

B qrupunda çıxış edən Argentina və Mərakeş komandaları isə Sent-Etyendə qarşılaşıblar. Cənubi amerikalılar 90+16-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıblar – 2:2. Qeyd edək ki, isveçli hakim Glenn Nyberg oyunun əsas vaxtına 15 dəqiqə əlavə edib.

Mərakeş komandasında “Əl Əyn”in hücumçusu Soffian Rahimi dubl edib. Argentinanın heyətində Culiano Simeone və Kristian Medina fərqləniblər.

Argentina (U-23) – Mərakeş (U-23) 2:2 

Qollar: Simeone, 68, Medina, 90+16 – Rahumi, 45+1, 51.

İspaniya (U-23) – Özbəkistan (U-23) 2:1

Qollar: Pubil, 29, Qomes, 62 – Şomurodov, 45+3

OXŞAR XƏBƏRLƏR
Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu