Otamendi: Bu, tarixi biabırçılıqdır
Argentina futbol komandasının müdafiəçisi Nikolas Otamendi Paris Olimpiadasının futbol turnirinin ilk turunda baş verən qalmaqala münasibət bildirib.
"Operativ Media" xəbər verir ki, Argentinanın Mərakeşə 1:2 hesabı ilə uduzduğu matçda, argentinalıların əlavə olunmuş vaxtın 16-cı dəqiqəsində vurduğu qoldan sonra tribunalarda iğtişaşlar başlayıb, mərakeşli azarkeşlər meydançaya soxulub.
İki saat sonra yenidən başlayan matçda hakim VAR-ın köməyi ilə argentinalıların ikinci qolunun təkrarına baxıb və onu ləğv edib.
“Bu, tarixi biabırçılıqdır. Bu, əvvəllər heç vaxt olmamışdı. Mərakeş yığması meydana qayıtmaq istəməyib. Biz də bunun əleyhinə idik. 1 saat 40 dəqiqə gözlədik. Heç kim bizə heç nə demədi” deyə Otamendi bildirib.
Sufian Rəhimi Mərakeş millisinin heyətində dubla imza atıb. Argentinanın yeganə qolunu Culiano Simeone vurub.
dəqiqələr içində saytın olsun.