Barselona"nın idman direktoru, İspaniyanın vitse-çempionu Deku İspaniya millisinin və Almaniyanın " Leypsiq" klubunun yarımmüdafiəçisi Dani Olmo ilə danışıqlar aparır.
"Operativ Media" xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya klubu futbolçuya 6 illik müqavilə təklif edib. "Barselona" Dani Olmo üçün "Leypsiq"ə 60 milyon avro ödəməyə hazırdır.
Son mövsümdə Dani Olmo klub və milli komanda ilə 32 matçda iştirak edib, 13 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun "Leypsiq"lə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Transfermarkt Dani Olmonun transfer dəyərini 60 milyon avro qiymətləndirir.