Ana səhifə / İdman / Moussa Diabi "Əl İttihad"a transfer oldu Moussa Diabi "Əl İttihad"a transfer oldu 25.07.2024, 12:29 Əziz Əzizli Fransalı yarımmüdafiəçi Moussa Diabi İngiltərənin “Aston Villa” klubundan “Əl İttihad”a keçib. "Operativ Media" xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl məlum olmuşdu ki, “Aston Villa” 25 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanacaq. Moussa Diabi həmçinin "Bayer Leverkuzen", "Krotone" və PSJ-də çıxış edib. Moussa Diabi ngiltərə çempionatının son mövsümündə 38 matçda iştirak edib, 6 qol vurub, 8 məhsuldar ötürmə edib. "Transfermark" Moussa Diabinin transfer dəyərini 55 milyon avro qiymətləndirir. Teqlər: "Moussa Diabi \"\u018fl \u0130ttihad\"a transfer oldu"