Menyu

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Nərmin Qocamanlı
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edilib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər