Menyu

Azərbaycan millisi Ermənistanı məğlub etdi

Əziz Əzizli
Azərbaycan millisi Ermənistanı məğlub etdi
1 dəq oxu

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

"Operativ Media" xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib Ermənistan yığmasını 68-42 hesablı darmadağına uğradıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib. 

Əlaqəli Xəbərlər