Menyu

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Əsəd Abbaslı
Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Bu ilin I yarısında Azərbaycanda 7 889 ölçmə vasitəsinin monitorinqi aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, 6 ay ərzində Dövlət Xidməti metroloji nəzarət tədbirləri çərçivəsində 56 qurumda 8 minə yaxın ölçmə vasitəsinin monitorinqini aparıb, 32 müəssisədə ölçmə vasitələri dövlət nəzarətinə götürülüb.

Qeyd olunub ki, görülən tədbirlər insan həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üzrə ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısının alınmasına xidmət edir.

Teqlər:

"Az\u0259rbaycanda I yar\u0131mild\u0259 8 min\u0259 yax\u0131n \u00f6l\u00e7m\u0259 vasit\u0259sinin monitorinqi apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər