Menyu

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 21 %-ə yaxın artıb

Əsəd Abbaslı
Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 21 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 121 min 283 ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb.

"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,5 % və 0,03 % çoxdur.

Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,4 % çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (31,7 % az) olub.

İdxal olunan yüklərin həcmi isə 1 milyon 394 min 39 ton (0,1 % az), dəyəri 1 milyon 58 min 259 ABŞ dolları (24,9 % çox) təşkil edib.

Teqlər:

"Az\u0259rbaycanda d\u0259niz n\u0259qliyyat\u0131 il\u0259 y\u00fck da\u015f\u0131malar\u0131 21 %-\u0259 yax\u0131n art\u0131b"

Əlaqəli Xəbərlər