Menyu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi UEFA-dan təyinat aldı
1 dəq oxu

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinatı alıb.

"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "İberia"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlaqəli Xəbərlər