Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı cüdoçu Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!”, - paylaşımda vurğulanıb.






