KL: "Zirə" növbəti mərhələyə yüksəldi
Əziz Əzizli
"Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, qəsəbə təmsilçisi Slovakiyada “Dunayska Streda” ilə üz-üzə gəlib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Bakıda rəqibini 4:0 hesabı ilə məğlub etmişdi. Səfər matçında da inamlı çıxış edən Azərbaycan təmsilçisi növbəti qələbə sayəsində turnirin 3-cü təsnifat mərhələsinə adlayıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
1 avqust
Dunayska Streda – Zirə 1:2
Qollar: Aleks Mendes, 40 – Rafael Utziq, 25. Qismət Alıyev, 57-pen.
Qırmızı vərəqə: Romarik Yapi, 56.
Hakimlər: Yovan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).
Dunayska Streda. “DAC Arena”.
İlk oyun – 0:4.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net