"Fulhem" "Arsenal"ın yarımmüdafiəçisi ilə gücləndi
Əziz Əzizli
İngiltərə Premyer Liqası komandası "Fulhem" heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, "Fulhem" "Arsenal"dan 24 yaşlı yarımmüdafiəçi Emil Smit Rou ilə 5+1 illik müqavilə imzalayıb.
İngiltərə mətbuatında "Fulhem"in bu transfer üçün bonuslarla birlikdə 34 milyon funt-sterlinq transfer haqqı ödəyəcəyi iddia edilib.
"Arsenal" akademiyasında futbola başlayan Smit Rou "Leypsiq" və "Haddersfild Taun" klublarında icarə əsasında oynayıb. Peşəkar karyerasına 2018-ci ildə başlayan ingilis futbolçu "Arsenal"ın heyətində 115 matça çıxıb, 18 qol vurub, 13 məhsuldar ötürmə edib. Smit Roi İngiltərə Milli Komandasının formasını 3 dəfə geyinib və 1 qol vurub.