Menyu

Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Əsəd Abbaslı
Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər