Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Operativ Media" xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.O, finalda Lalizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.
Final döyüşü avqustun 9-u Paris vaxtı ilə saat 22:24, Bakı vaxtı ilə 10 avqust saat 00:34-də başlanacaq
Teqlər:
"Paris-2024: Az\u0259rbaycan boks\u00e7usu finala y\u00fcks\u0259ldi"