Koroğlu parkında azyaşlını elektrik cərəyanı vurub
Bakıda parkda azyaşlını elektrik cərəyanı vurub.
"Operativ Media" xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan dörd yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə üçün evə buraxılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net